Qərb ölkələri Rusiya ətrafında Ukrayna münaqişəsinə bənzər yeni gərginlik ocaqları yaratmaq niyyətindədir.
Az.rasthaber.com RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev bəyan edib.
“Rusiya öz milli maraqlarına sahib böyük bir dövlət kimi bu planları diqqətlə izləyir və onları diqqətdən kənar saxlamır”, – deyə o qeyd edib.
Patruşev xatırladıb ki, Mərkəzi Asiya və Cənubi Qafqazdakı terror, “rəngli inqilab” təhdidləri və digər təhlükələr birgə müdafiənin yaradılması zərurətini yaradıb.
Məhz buna görə də, RF TŞ katibi əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qurulub.