SSRİ-nin eks prezidenti Mixail Qorbaçov ABŞ prezidenti Donald Trampı tənqid edib
Rasthaber Azərbaycan xəbər verir ki, SSRİ-nin eks prezidenti Mixail Qorbaçov ABŞ prezidenti Donald Trampın nüvə silahsızlaşdırması sahəsindəki siyasətini şərh edib.
“Bütün nüvə silahsızlaşdırması çərçivələrinin pozulmasının lehinə çıxış edən Tramp administrasiyası dünyanı strateji xaosa və qeyri-müəyyən gələcəyə aparır”, – deyə o bildirib.
Onun fikrincə, artan risklər və yeni hərbi texnologiya və silahların meydana çıxdığı şəraitdə “nüvə silahsızlaşdırmasını qətiyyətlə beynəlxalq gündəliyə çıxartmaq üçün” daha çox səy göstərmək lazımdır.
“Bu, nüvə dövləti olan Rusiyanın təcili surətdə həll etməli olduğu problemdir”, – deyə Qorbaçov qeyd edib.
Onun sözlərinə görə, müasir dünyada hərbi münaqişə hüdudlarında rəqabət və balans siyasəti iqtisadi və humanitar sahələrdəki əməkdaşlığa yer verməlidir.
Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov daha öncə bəyan etmişdi ki, son zamanlar nüvə münaqişəsi riski artıb və təhlükəsizlik sahəsindəki vəziyyət pisləşməkdədir.