Qonşu ölkədə anti-terror əməliyyatı: İŞİD tərəfdarları yaxalandı

Qonşu ölkədə anti-terror əməliyyatı: İŞİD tərəfdarları yaxalandı

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) məlumat verilib.

Rasthaber Azərbaycan xəbər verir ki, Rusiyada İŞİD terror təşkilatının 4 tərəfdarı tutulub.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) məlumat verilib.

Saxlanılan şəxslər İnquşetiya Respublikasında terror aktlları, o cümlədən də partlayıcı cihazlarla hüquq-mühafizə əməkdaşlarına hücumlar hazırlayırdılar.

Qeyd edilib ki, həmin şəxslər terror cinayətlərinin hazırlanması və törədilməsi üçün internet vasitəsi ilə İŞİD terrorçuları ilə əlaqə qurublar.

Onlardan odlu və soyuq silahlar, kustar üsulla hazırlanmış partlayıcı və yandırıcı qurğular, onların hazırlanması üçün komponentlər və alətlər müsadirə edilib, şəxsi yazışmalarında isə cinayət niyyətlərini təsdiq edən terror təşkilatı üzvləri ilə yazışmalar aşkar edilib.

Faktla bağlı cinayət işi başladılıb.

Xəbəri paylaş

VİDEOLAR