Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük saydakı canlı itkilərini gizlədə bilməyərək tədricən onları açıqlamaq məcburiyyətindədir
Rasthaber ria-ya istinadən xəbər verir ki, Qondarma rejim bu gün daha 29 itkisinin üstünü açıb və bununla da, indiyədək rəsmi şəkildə etiraf etdikləri itkilərinin sayı 600-ü keçib.
Xatırladaq ki, Azərbaycan ordusu işğalçı və separatçılara qarşı apardığı əməliyyatlar zamanı düşmənin bir neçə min canlı qüvvəsini məhv edib. Bu məlumatın (minlərlə erməni hərbçisinin öldüyünü) erməni ictimaiyyətində birdən açıqlanması ilə Ermənistanda böyük etirazların baş verəcəyi qaçılmazdır. Bu səbəbə görə, məlumatlar tədrici dəfələrlə say azaldılaraq erməni ictimaiyyətinə çatdırılır.
Ermənistan humanitar atəşkəs rejimini kobud pozmaqla, xüsusilə də Azərbaycanın dinc əhalisinə qarşı aqressiyasını da bu etirazların qarşısını almaq və cəbhədəki məğlubiyyətlərini pərdələmək üçün həyata keçirir.
Qeyd edək ki, bir neçə gün öncə işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan etiraflar edərək bildirmişdi ki, itkilərinin sayı olduqca çoxdur, cəbhələrdə geri çəkilirlər və Azərbaycan ordusu düşmən ordusunda xaos yaradıb.