Qondarma rejim, əslində, həqiqi rəqəmləri dəfələrlə azaldaraq gizlədib.
Rasthaber RİA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük itkilər verməyə davam edir.
İşğalçı və separatçı rejim bu gün daha 59 hərbçisinin Azərbaycan tərəfindən məhv edildiyini etiraf edib.
Beləliklə də, sentyabrın 27-dən bəri açıqlanan düşmənin canlı qüvvə itkisinin sayı 1067 nəfər olub.
Xatırladaq ki, qondarma rejim, əslində, həqiqi rəqəmləri dəfələrlə azaldaraq gizlədib.
Qeyd edək ki, Azərbaycanın şanlı ordusu düşmənə qarşı əməliyyatları uğurla davam etdirir.