Qondarma Qarabağ rejimi Azərbaycan Ordusunun irəliləməsini etiraf etdi

Qondarma Qarabağ rejimi Azərbaycan Ordusunun irəliləməsini etiraf etdi

Vaqram Poqosyan özünün sosial şəbəkə profilində etiraf edib

Rasthaber Azərbaycan xəbər verir ki, bir az əvvəl Qondarma Qarabağ rejiminin prezidentinin mətbuat katibi Vaqram Poqosyan özünün sosial şəbəkə profilində Azərbaycan Ordusunun qələbələrini etiraf edən paylaşım edib.

news.am saytının yazdığına görə, o bildirib ki, Separatçı Qarabağ rejiminin hərbçi birlikləri cəbhənin müxtəlif mövqelərindən taktiki olaraq geri çəkilib.

Vaqram Poqosyan qeyd edib ki, daha artıq itkilərin qarşısını almaq, güclənib geri hücuma keçmək məqsədilə erməni birlikləri geri çəkilib.

Poqosyan “ermənisayağı hiylə” ilə guya taktiki olaraq həyata keçirildiyini bildirsə də, dünya ictimaiyyəti, həmçinin Ermənistan və işğal altında yaşayan bütün ermənilər liderləri qarışıq sözcülərin də yalan danışdığını gözəl anlayıblar.

Dünənə qədər hücum, qələbə və Azərbaycanın uğurlarını dezinformasiya adlandıran rejim, bu gün bu açıqlaması ilə faktiki olaraq özlərinin bu günə qədər yalan danışdıqlarını və xalqı aldatdıqlarını etiraf ediblər.

Xəbəri paylaş

VİDEOLAR