Bu barədə Gürcüstanın işğal edilmiş torpaqlarında qurulmuş Abxaziya rejiminin “nümayəndəsi” Axra Avidzba məlumat verib.
Az.rasthaber.com "Az.shafaqna.com"-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi özü kimi qondarma Abxaziyadan muzdlu döyüşçülər dəstəsi gətirib.
Gələn dəstənin ermənilərdən ibarət olduğu və “Amşen” adlandığı qeyd edilib.
Xatırladaq ki, Azərbaycan ordusu öz torpaqlarını separatçı və terrorçu ünsürlərdən təmizləmək üçün 27 sentyabrdan əməliyyata başlayıb. İndiyədək düşmənin minlərlə döyüşçüsü şanlı Azərbaycan ordusu tərəfindən məhv edilib. Canlı qüvvə qıtlığı və son nəfəslərini yaşayan qondarma Dağlıq Qarabağ rejimi döyüşlərdə muzdurlar, həmçinin məhbuslardan istifadə edir.