Azərbaycanda fəaliyyət göstərən və illər öncə fəaliyyəti dondurulan QlobalTV yenidən fəaliyyətə başlayıb
Rasthaber xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən və illər öncə fəaliyyəti dondurulan QlobalTV yenidən fəaliyyətə başlayıb.
Bununla İslamazeri.com QlobalTV-nin direktoru Emin Səmədovdan münasibət alıb.
O qeyd edib ki, texniki işlər həll olub və 2023-cü ilin yanvar ayından etibarən tam fəaliyyətə başlayacaq.
"Biz yeniliklərlə fəaliyyətə başlayırıq. İzləyicilər istər TV-nin dekorları, istər sayt, istərsə də sosial media üzərindən bu yenilikləri görəcəklər", -deyə Emin Səmədov bildirib.
QlobalTV-nin youtube səhifəsinin xakerlər tərəfindən ələ keçirilməsini xatırladan Emin Səmədov "Youtube, instagram, facebook, tiktok və gələcəkdə aktual olan bütün sosial şəbəkələrdə fəaliyyət göstərəcəyik", -deyə əlavə edib.