Qırğızıstanda məscidlər açılacaq

Qırğızıstanda məscidlər açılacaq

Müvafiq tapşırıq ölkənin Səhiyyə Nazirliyinə verilib.

Rasthaber Azərbaycan “Islam Today”-a istinadən xəbər verir ki, Qırğızıstan Baş nazirinin müavini Almazbek Batırbekov sanitar təhlükəsizlik alqoritminin hazırlanması və sanitar-gigiyenik normalara əməl edilməsi ilə ölkədəki dini məkanların fəaliyyətinin bərpası məsələsi üzərində işləməyi tapşırıb.

Müvafiq tapşırıq ölkənin Səhiyyə Nazirliyinə verilib.

Bununla bağlı operativ qərargahda müvafiq iclas keçirilib və iclas zamanı Dini İdarənin komissiya başçısı məscidlərin açılması xahişi ilə bağlı vətəndaşların çoxsaylı müraciətləri barədə məlumat verib.

Xəbəri paylaş

VİDEOLAR