9.10.2020 12:55:39
Qırğızıstanın baş naziri Kubatbek Boronov istefaya göndərilib.
Rasthaber Trend-ə istinadlı məlumatına görə, bu barədə ölkə prezidenti Sooronbay Jeenbekov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, baş nazirlə yanaşı bütün hökumət buraxılıb.
Qeyd olunur ki, yeni hökumət formalaşdırılanadək K.Boronov öz vəzifələrini icra edəcək.