Qeyri rəsmi məlumata görə İranda prezident seçkilərinin qalibi Rəisi oldu

Qeyri rəsmi məlumata görə İranda prezident seçkilərinin qalibi Rəisi oldu

İranda prezident seçkiləri gecə saatlarında bitib

Rasthaber Azərbaycan xəbər verir ki, keçirilən seçkidə namizəd kimi iştirak edən Möhsin Rezayi və Abdulnasir Himməti ikisi də təbrik mesajı yayımlayıblar.

Onlar seçkilərdə ən güclü namizəd olan İbrahim Rəisini təbrik ediblər.

Həsən Ruhani də ad çəkmədən qalib olan namizədi təbrik edərək, rəsmi nəticələr açıqlandıqdan sonra ad çəkərək təbrik edəcəyini bildirib.

Qeyd edək ki, seçkilərdə 50 faizə yaxın seçki aktivliyi olub və dünən səhər 07-00-da başlayan səsvermə gecə 02-00-da bitib.

Xəbəri paylaş

VİDEOLAR