Rusiya prezidenti Vladimir Putin açıqlayıb
Rasthaber Azərbaycan Vesti.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, qızlarından biri koronavirus əleyhinə peyvənd olunub.
“Qızlarımdan biri özünə belə bir peyvənd vurub. Bu mənada o, təcrübədə iştirak edib”, – deyə o bildirib.
Onun sözlərinə görə, ilk vaksindən sonra qızının temperaturu 38 °С, növbəti gün isə 37 °С-dən bir qədər çox olub. Digər yan təsir olmayıb.
Xatırladaq ki, Putin həmçinin bildirib ki, Rusiyada dünyanın ilk koronavirus infeksiyasına qarşı vaksini qeydiyyatdan keçirilib.