Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib.
Rasthaber Azərbaycan apa-ya istinadən verdiyi xəbərə görə, hökumət COVID-19 pandemiyasının yayılma dərəcəsindən asılı olaraq şəhər və regionlarda mədudiyyətlərin tədricən qaldırılması barədə göstəriş verib.
Əgər ölkənin regionlarında ardıcıl yeddi gün ərzində COVID-19-un artması 7 faizdən aşağı olarsa, o zaman hökumətin qərarına əsasən, böyük pərakəndə satış mərkəzləri, ofislər, açıq bazarlar, gözəllik salonları və idman salonları kimi müəssisələrin açılmasına icazə veriləcək.