Qazaxıstanda koronavirus vaksininin sınaqlarına başlanıldı

Qazaxıstanda koronavirus vaksininin sınaqlarına başlanıldı

Bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat verib

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, Qazaxıstanda qazaxıstanlı mütəxəssislərin hazırladığı koronavirus əleyhinə vaksinin sınaqları start götürüb.

Bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat verib.

“(Yerli) “QazCovid-in”-in adlı koronavirus infeksiyasına qarşı vaksinin kliniki araşdırmaları başlayıb”, – deyə qeyd edilib.

Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) araşdırmaların 1 və 2-ci fazalarının keçirilməsinə icazə verib, həmin fazalar zamanı 244 nəfər sınaqda iştirak edəcək.

Vaksinin kliniki araşdırmalarında 18-50 yaşlı sağlam könüllülər iştirak edəcək.

Xəbəri paylaş

VİDEOLAR