Qazaxıstanda içində 100 sərnişin olan təyyarə qəzaya uğrayıb

Qazaxıstanda içində 100 sərnişin olan təyyarə qəzaya uğrayıb

Kazaxıstanda içində 100 sərnişin olan təyyarə qəzaya uğrayıb

Rasthaber Azərbaycan xəbər verir ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb,  14 adam ölüb, 35 yaralı var, rəsmilər bildirir.

Onların məlumaıtna görə, Bek Air şirkətinə məxsus təyyarə cümə günü səhər saatlarında Alma-ata aeroportundan qalxandan az sonra qəzaya uğrayıb.

Reuters-in hadisə yerinə yaxın olan müxbiri xəbər verir ki, ərazidə böyük duman var.

Təyyarə Alma-atadan paytaxta Nur-Sultana uçurmuş.

Qəzanın səbəbləri məlum deyil.

Göyərtədə 95 sərnişin, 5 uçuş heyəti olub.

Məlumatlara görə, yerli vaxtla saat 07.22-də havaya qalxan təyyarə beton divara çarpıb və iki köhnə binanın üstünə düşüb.

Xəbəri paylaş

VİDEOLAR