Qazaxıstanda 31 avqustdan məscidlərin fəaliyyəti bərpa ediləcək.
Rasthaber xəbər verir ki, bu barədə Qazaxıstan Müsəlmanları Dini İdarəsi (QMDİ) məlumat yayıb.
“31 avqustdan QMDİ-nin himayəsi ilə bütün sanitar tələblərin yerinə yetirilməsi ilə fərdi ibadət və duaların yerinə yetirilməsi üçün bir sıra məscidlər açılacaq”, – deyə bildirilib.
İdarədən qeyd ediblər ki, QMDİ nümayəndələri hələ 14 avqustda Qazaxıstan hökumətinə məscidlərin işinə icazənin verilməsini və onların “qadağan edilmiş obyektlər” siyahısından çıxarılmasını təklif ediblər.
Məlumata əsasən, məscidlərin açılışı koronavirusla mübarizə çərçivəsində qəbul edilən məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının 2-ci mərhələsi çərçivəsində baş tutacaq.
“Xüsusilə də dini məkanların, hovuzların, trenajor zallarının, idman komplekslərinin, mədəniyyət obyektlərinin” və digər obyektlərin fəaliyyətinə icazə verilir.