Qazaxda bir nəfər minaya düşüb: Ayağı amputasiya olundu

Qazaxda bir nəfər minaya düşüb: Ayağı amputasiya olundu

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.

Az.rasthaber.com xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş

VİDEOLAR