Gürcüstanın baş naziri Giorgi Qaxaria, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Rasthaber Azərbaycan xəbər verir ki, Qaxaria ABŞ-ın dövlət katibinə pandemiya dövründə Gürcüstana səfəri üçün təşəkkür edərək “Siz bu ölkənin həqiqi dostusunuz. Biz şəxsən sizə və Birləşmiş Ştatlara strateji partnyorluğunuza və dəstəyinizə görə minnətdarıq. ABŞ-la olan partyorluğumuz bizim üçün ən önəmlidir”, – bildirib.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatları tərəfindən Gürcüstanın ərazi bütövlüyünə edilən hörmət bizim üçün xüsusi ilə dəyərlidir, çünki işğal qüvvələri hələdə sərhədlərimizin yanında dururlar.
“ABŞ-la strateji partnyorluğumuz isə, azadlıq və demokratiya kimi ortaq dəyərlərə əsaslanır.”, -deyən Qaxaria sonra deyib:”Sizi əmin etmək istəyirəm ki, əməkdaşlığımızın və partnyorluğumuzun, həmçinin Qafqaz regionunda ABŞ-ın nümayəndəliyinin daha da gücləndirilməsinin tam zamanı gəlib. Gürcüstana səfəriniz üçün yenə bir daha təşəkkür edirəm.”