Qatillər görüşdü: İsrailin Qəzzaya hücumları davam edəcək

Qatillər görüşdü: İsrailin Qəzzaya hücumları davam edəcək

Sionist İsrailin baş naziri Netanyahu görüş zamanı ABŞ prezidenti Baydenə mesaj verib ki, İsrail “məqsədlərinə çatana qədər” Qəzzaya hücumlarını davam etdirəcək.

Az.shafaqna.com xəbər verir ki, Qəzzanı qan gölünə çevirən sionist İsrailin baş naziri Benyamin Netanyahu bu gün bu qətliamın ən böyük tərəfdaşlarından biri olan ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

İsrail Baş Nazirlik Ofisindən verilən yazılı açıqlamaya görə, Netanyahu, Tel-Əviv və HƏMAS arasında məhbus mübadiləsi üçün dolayısı danışıqlara İsrail nümayəndə heyətinin göndərilməsi qərarını Baydenə çatdırıb.

Görüş zamanı Netanyahu Baydenə İsrailin “məqsədlərinə çatana qədər” Qəzzaya hücumlarını davam etdirəcəyi mesajını da verib.

Xəbəri paylaş

VİDEOLAR