Qatil Netanyahu yeni hədəfinin Yəmən olduğunu açıqlayıb

Qatil Netanyahu yeni hədəfinin Yəmən olduğunu açıqlayıb

Sionist İsrailin baş naziri Netanyahu Yəməndə Ənsarullaha qarşı şiddətli əməliyyata başlayacaqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail mətbuatında yer alan xəbərə görə, İşğalçı Sionist İsrail Kəşfiyyatının (MOSSAD) rəisi David Barneanın yüksək səviyyəli şəxslərin iştirak etdiyi iclasda Ənsarullahın raket və pilotsuz uçuş aparatının (PUA) hücumları ilə bağlı qiymətləndirmələr apardığı bildirilib. Bildirilib ki, Barnea Ənsarullahın hücumlarına “cavab” olaraq Yəmənə deyil, İrana qarşı hücumlar təşkil etməyi təklif edib.

İşğalçı sionist İsrailin baş naziri Binyamin Netanyahu bu qiymətləndirmələrdən sonra mühüm açıqlama verib. Netanyahu ölkənin şimalındakı Safed şəhərində sionist İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda Ənsarullaha qarşı şiddətli əməliyyata başlayacaqlarını açıqlayıb. Netanyahu deyib: "İranın bölgədəki vəkil qüvvələrinə qarşı hərəkətə keçdiyimiz kimi Ənsarullaha qarşı da tədbir görəcəyik.".

Bundan əlavə, Netanyahu ABŞ-la birlikdə husiləri təkcə beynəlxalq gəmiçilik üçün deyil, həm də qlobal təhlükəsizlik nizamı üçün təhlükə hesab edən ölkələr sırasında olduqlarını bildirib.

Yəməndəki Ənsarullah, dekabrın 19-da “Fələstin 2” tipli ballistik raketlərlə İsrailin Yaffa şəhərində iki hərbi hədəfi vurduqlarını açıqlayıb. Bu hücumdan sonra İsrail ordusu 14 döyüş təyyarəsi ilə Yəməndə 5 hədəfə bombalı hücum təşkil edib. İsrail ordusundan verilən açıqlamada Ənsarullahın hücumu nəticəsində Tel-Əviv yaxınlığındakı Ramat Qan şəhərində bir məktəbə ziyan dəydiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR