Qatil Netanyahu Trampın atəşkəs təklifini imzalayıb

Qatil Netanyahu Trampın atəşkəs təklifini imzalayıb

Sionist İsrail mətbuatında dərc olunan xəbərə görə, İsrail ABŞ-ın Qəzzada atəşkəs təklifini imzalayıb. HƏMAS-ın təklifi araşdırdığı və danışıqların davam etdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi və Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı təqdim etdiyi son təklifi qəbul edəcəyini bildirib.

İsrail mətbuatında dərc olunan xəbərdə Netanyahunun israilli məhbusların ailələri ilə görüşdüyü bildirilib.

Netanyahunun görüş zamanı ailələrə soyqırım törədən İsrail ilə Həmas arasında əsir mübadiləsi və Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı Vitkoffun son təklifini qəbul edəcəklərini söylədiyi bildirilib.

ABŞ sionist İsrailin Qəzzada atəşkəs təklifini imzaladığını açıqlayıb. Ağ Evdən verilən açıqlamada HƏMAS-ın hələlik bu təklifi qəbul etmədiyi və danışıqların davam etdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR