Qatil İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir

Qatil İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 44 min 786 nəfərə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 431 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “4 qətliam”da 28 nəfərin həyatını itirdiyi, 54 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 786-ya, yaralıların sayı isə 106 min 188-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR