Qatil İsrail Yəmənə hücum edib

Qatil İsrail Yəmənə hücum edib

Yəmən mediası sionist rejimin çərşənbə axşamı Yəmənin Hudeydə limanına yeni hücumu həyata keçirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin əl-Məsirə News kanalı bildirib ki, İsrail düşməni iki ayrı hava hücumunda Hudeyda limanının doklarını hədəf alıb.

Sionist KİV-ləri hücumu təsdiqləyərək bildiriblər ki, bu, Qəzzə müharibəsi başlayandan və Yəmən ordusunun Qəzzə xalqına dəstək məqsədilə müharibəyə girməsindən bəri Yəmən ərazisinə edilən onuncu hücumdur.

Sionist Ordu Radiosu bu 10 hücumdan 9-nun bu rejim hava qüvvələri tərəfindən həyata keçirildiyini və bugünkü hücumun da İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR