Qatil İsrail rejimindən növbəti QƏTLİAM

Qatil İsrail rejimindən növbəti QƏTLİAM

Sionist İsrailin aclığa məhkum etdiyi Qəzzanın şimalında yüzlərlə fələstinlinin gecə saatlarında un yardımı almaq üçün küçələrə çıxmasından sonra işğalçı İsrail qüvvələri qətliam törədib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin hücumları nəticəsində dağıdılan və işığın olmadığı yollarda gecənin qaranlığında gəzən fələstinlilər bir kisə un almaq üçün Əl-Küveyt qovşağına toplaşıblar.

Erkən gələnlər bir kisə un belə ala bilsələr də, bəziləri əliboş qayıdıb, bəziləri bu yolda həyatını itirib.

Qəzzada 2 milyon 300 min fələstinlini aclığa sürükləyən sionist İsrail qüvvələri Əl-Küveyt qovşağında yardım almaq üçün toplaşan fələstinlilərə atəş açıb.

Fələstinin rəsmi agentliyi WAFA işğalçı İsrail qüvvələrinin Əl-Küveyt kəsişməsində kömək gözləyən fələstinlilərə atəş açması nəticəsində 6 nəfərin şəhid olduğunu, 83 nəfərin yaralandığını bildirib.

Sionist İsrail qüvvələri aclıq və qıtlığın yaşandığı Qəzzada humanitar yardım gözləyən insanlara atəş açaraq 6 nəfərin şəhid olmasına, 83 nəfərin yaralanmasına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR