Sionist İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində bir evə təşkil etdiyi hava hücumunda 9 nəfərin şəhid olduğu, 30 nəfərin yaralandığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Rəfah şəhərinin Küveyt xəstəxanasının direktoru Sputnik-ə bildirib ki, sionist İsrailin şəhərdəki bir evə hava hücumu nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.
İşğalçı İsrail Hərbi Hava Qüvvələrinin bu gün axşam saatlarında xəbərdarlıq etmədən Rəfahdakı bir evə hücum etdiyini və "bunun çoxlu itkilərə səbəb olduğunu" bildirən rəsmi deyib:
"Hazırda İsrailin hava hücumu nəticəsində xəstəxanaya 9 ölü və 30 yaralı gətirilib.".
Xəsarət alanların əksəriyyətinin uşaq və qadın olduğuna diqqət çəkən rəsmi, tibb işçilərinin bu insanların hamısına kömək edə bilməyəcəyini və yaralıların dolu dolu olan Xan Yunisin şərqindəki Avropa Xəstəxanasına göndəriləcəyini bildirdi.
Bildirilir ki, sionist İsrailin bombardmanları nəticəsində bir neçə ev demək olar ki, tamamilə sakinlərin üzərinə uçub, tibb qrupları və təcili yardım maşınları yaralıları və ölənlərin cəsədlərini çıxarmağa başlayıb.