Qatil İsrail rejimi Qəzzada 12300-dən çox uşağı qətlə yetirib

Qatil İsrail rejimi Qəzzada 12300-dən çox uşağı qətlə yetirib

BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyi (UNRWA) çərşənbə günü gecə elan edib ki, son dörd ayda işğalçı İsrailin bölgəyə hücumları nəticəsində 12 min 300-dən çox fələstinli uşaq həlak olub.

Az.rasthaber.com xəbər verir ki, çərşənbə günü UNRWA-nın Fələstinli qaçqınlar üzrə komissarı Filip Lazzarini deyib: "Son dörd ayda Qəzzada öldürülən uşaqların sayı, son dörd ildə dünyada gedən müharibələrdə öldürülən uşaqların sayından çoxdur. Bu müharibə uşaqlara qarşı, onların uşaqlığına və gələcəyinə qarşıdır!”

Bu təşkilat Qəzzada son 4 ayda 12 min 300-dən çox uşağın öldürüldüyünü açıqlayıb. İşğalçı rejim ordusu Qəzzə müharibəsinin 159-cu günü və mübarək Ramazan ayının ikinci günündə ölkənin müxtəlif bölgələrinə hücumlarını davam etdirib. Qəzza zolağında şəhid olanların sayı 31 272 nəfərə çatıb. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, sionist rejimin baş naziri Qəzza zolağına yardım gətirilməsinə mane olub və atəşkəs danışıqları prosesində də çətinliklər yaradıb. Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, sionist rejim son 24 saat ərzində Qəzza zolağında daha 10 cinayətə imza ataraq 200-dən çox insanın şəhid olması və ağır yaralanmasına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR