Qatil İsrail rejimi məzlum fələstinlilərin qaldığı çadırları bombaladı

Qatil İsrail rejimi məzlum fələstinlilərin qaldığı çadırları bombaladı

Sionist rejim ordusunun Qəzza zolağının cənubundakı Xan Yunisdə məcburi köçkün fələstinlilərin qaldığı çadırı bombalaması nəticəsində 12 fələstinli, o cümlədən uşaqlar həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri Xan Yunisin qərbində yerləşən əl-Məvasi bölgəsini bombalayıb.

İsrail döyüş təyyarələrinin köçkün fələstinlilərin çadırını bombalaması nəticəsində aralarında uşaqların da olduğu 12 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Bundan əlavə, İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinin müxtəlif bölgələrinə hava zərbələri endirib.

İsrail ordusu 7 oktyabr 2023-cü ildən bəri mülki yaşayış məntəqələri, xəstəxanalar, məktəblər və məcburi köçkün fələstinlilərin sığınacaqlarını hədəf alan hücumlarını davam etdirməklə yanaşı, humanitar yardımların ölkəyə daxil olmasına da mane olaraq, 2,3 milyon əhalisi olan və əhalisi aclığa məhkum olan Qəzza zolağında böyük humanitar fəlakətin baş verməsinə səbəb olur.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 414 fələstinli həlak olub, 74 min 787 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR