İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur, İsrailin gecə yarısı Tehrandakı bir xəstəxanaya raket hücumu təşkil etdiyini bildirib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Kermanpur bu barədə yazılı açıqlama verib.
İranlı rəsmi, Sionist İsrailin gecə saatlarında Tehranda bir xəstəxananı hədəf aldığını açıqlayıb.
Digər tərəfdən, dövlət televiziyasına danışan İran Qırmızı Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd, İsrail hücumları nəticəsində 5 xəstəxananın zərər gördüyünü qeyd edib.