Sionist İsrailin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 100-dən çox insan şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, İsrail rejimi qüvvələri Qəzzanı müharibənin 57-ci günündə də fasiləsiz olaraq vurmağa davam edir.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrailin günorta saatlarında Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsini bombaladığı bildirilib.
Xəbərdə hücumda 100-dən çox fələstinlinin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib. Dağıntılar altında çox sayda insanın qaldığı öyrənilib.