Qatil İsrail rejimi bir sutkada 241 fələstinlini qətlə yetirib

Qatil İsrail rejimi bir sutkada 241 fələstinlini qətlə yetirib

İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunis və Rəfah şəhərlərinə hücum edib. Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahı da bu hədəfldən biri olub. Döyüş gəmiləri Nüseyrat qaçqın düşərgəsinin qərbini də bombalayıb. Bir gündə 241 fələstinli qətlə yetirilib.

Az.rasthaber.com xəbər verir ki, İsrail ordusu son 24 saat ərzində Qəzzada 100-dən çox yerə döyüş təyyarələri ilə hücum edib.
Bölgənin cənubundakı Xan Yunisdə iki ev bombalanıb. Hücumlarda çox sayda ölən və yaralananın olduğu açıqlanıb.
Xan Yunisdəki Nasser xəstəxanasının ətrafını vuran İsrail ordusu şəhər mərkəzini də hədəf alıb.
İsrail ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahını da vurub. Hücum zamanı istifadə edilən radio sistemi zərər görüb.
Fələstin Qızıl Aypara Cəmiyyəti internetin kəsilməsi səbəbindən Qəzza zolağındakı qrupları ilə əlaqənin kəsildiyini açıqlayıb.
Rəfah şəhərində bir ev də bombaların hədəfinə çevrilib. Hücum nəticəsində azı 2 nəfər ölüb, çox sayda insan yaralanıb.
İsrail ordusu Qəzzanın mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinə də ağır zərbələr endirib.
İsrail dənizdən də hücum edir. Döyüş gəmiləri Nuseyrat qaçqın düşərgəsinin qərbinə hücum təşkil edib.

 

Xəbəri paylaş

VİDEOLAR