Qatil İsrail ordusunun Qəzza şəhərinin qərbində köçkünlər üçün düşərgəni bombalaması nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA sionist İsrail döyüş təyyarələrinin Qəzzanın qərbindəki limanda köçkünlər üçün düşərgəni bombalayaraq yeni bir qırğın törətdiyini bildirib.
Məlumatda hava hücumu nəticəsində aralarında uşaqların da olduğu 7 mülki şəxsin şəhid olduğu, çoxlu sayda insanın yaralandığı bildirilib.
Xəbərdə soyqırım törədən İsrail döyüş gəmilərinin də şəhərin qərbində balıqçıları hədəfə aldığı bildirilsə də, hadisə nəticəsində ölən və ya yaralanan olub-olmadığına dair hər hansı məlumat verilməyib.
Məlumatda qeyd olunub ki, sionist İsrailin dünən səhər saatlarından Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 62-yə çatıb.
Digər tərəfdən, Qəzza zolağında tonlarla partlayıcı ilə binaları dağıtan qatil İsrailin səsinin işğalçı İsrailin mərkəzi bölgələrində belə eşidildiyi bildirilib.
Sionist İsrailin dövlət televiziya kanalı KAN bildirib ki, Qəzzada binaların 9 tona qədər partlayıcı yüklənmiş zirehli transportyorlar tərəfindən dağıdılması nəticəsində “qeyri-adi” partlayış səsləri eşidilib.
Xəbərdə Qəzzada baş verən partlayışların bəzi israillilərin də hiss etdiyi sarsıntılara səbəb olduğu, qatil İsrail ordusunun Qəzzada qarşıdurmalarını davam etdirdiyi bir vaxtda partlayışların davam edəcəyinin gözlənildiyi bildirilib.
Hökumətin Qəzzadakı media idarəsinin may ayının sonundakı məlumatına görə, sionist İsrailin soyqırım müharibəsi nəticəsində Qəzza zolağında dağıntılar 88 faizə çatıb.
BMT-nin hesablamalarına görə, qatil İsrailin Qəzza zolağında apardığı müharibədə dağıdılan ərazilərin bərpasına ümumi xərc 40 milyard dollar civarındadır.