Qatil İsrail Qəzzada yardım gözləyən insanlara atəş açıb

Qatil İsrail Qəzzada yardım gözləyən insanlara atəş açıb

Qəzza hökuməti bildirib ki, qatil İsrail ordusu Qəzzanın cənubundakı Rəfahda yardım paylama mərkəzinə hücum edərək 3 fələstinlini öldürüb, 46 nəfəri yaralayıb.

Az.rasthaber.com xəbər verir ki, hökumətin media ofisi yazılı açıqlamada bildirib ki, sionist İsrail ordusu mülki əhalinin toplaşdığı bir vaxtda Rafahdakı yardım paylama mərkəzinə hücum edib.

Açıqlamada hücumda 3 fələstinlinin şəhid olduğu, 46 nəfərin yaralandığı, 7 nəfərin isə hələ də itkin olduğu bildirilib.

Açıqlamada, yardımların paylandığı ərazilərdə və ətraflarında yerləşmiş qatil işğalçı İsrail qüvvələrinin, yardım almağa dəvət edilən və təcili qidaya ehtiyacı olan ac vətəndaşlara həqiqi güllələrdən atəş açdığı, İsrailin bu cinayəti təkrarlayacağından və daha çox insanın "şəhid, yaralı və itkin düşəcəyi"ndən narahat olduqları bildirilib.

Bəyanatda Rəfahdakı hadisələr "mühasirə və aclıqdan yorulmuş dinc əhaliyə qarşı törədilmiş soyuqqanlı bir qırğın və müharibə cinayəti" olaraq qiymətləndirilir və bunun Netanyahu və bəzi nazirlərinin qəbul etdiyi açıq bir soyqırım və məcburi köçkün planının bir hissəsi olduğuna diqqət çəkilir.

Xəbəri paylaş

VİDEOLAR