Qatil İsrail ordusu son 24 saatda 136 fələstinlini qətlə yetirib

Qatil İsrail ordusu son 24 saatda 136 fələstinlini qətlə yetirib

Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 136 nəfər artaraq 53 min 475 nəfərə çatıb. Dünya hələ də İsraili dayandırmaq üçün heç bir addım atmayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada sionist İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.

Bildirilib ki, son 24 saatda 11-i dağıntılar altından çıxarılan 136 şəhid və 364 yaralı Qəzzada xəstəxanalara çatdırılıb.

Qatil İsrail ordusunun yanvarın 19-da razılaşdığı atəşkəsi pozduqdan sonra 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 3340 fələstinlinin şəhid olduğu, 9357 nəfərin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-dən etibarən soyqırımçı İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 53 min 475-ə, yaralı sayının isə 121 min 398-ə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə şəhidin olduğu bildirilir.

Sionist İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasının tibbi ləvazimat anbarına da hücum edib.

Qəzza Səhiyyə Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada İsrail ordusunun Nasser xəstəxanasının tibbi ləvazimat anbarını hədəfə aldığı bildirilib.

Hücum nəticəsində xəstəxanaya ziyan dəyib və tibbi ləvazimatların çoxu yararsız hala düşüb.

Qəzzadakı Fələstin rəsmiləri tez-tez bəyan edirlər ki, İsrail ordusu Qəzzada sağlamlıq mərkəzlərini və infrastrukturu qəsdən hədəfə alır.

Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzzada 164 səhiyyə müəssisəsini hədəfə alıb, 81 sağlamlıq mərkəzi və 38 xəstəxananı xidmətdən çıxarıb, 144 təcili yardım maşınını yararsız hala salıb.

Media ofisindən verilən açıqlamaya görə, İsrail ordusu mayın 13-də Qəzza zolağının ən böyük xəstəxanası olan Nasser xəstəxanasını hədəfə alaraq, orada müalicə alan çoxlu sayda fələstinlini öldürüb və yaralayıb.

Digər tərəfdən Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində soyqırımçı İsrail ordusuna bağlı xüsusi birlik tərəfindən bu gün səhər tezdən həyata keçirilən basqında bir fələstinli şəhid olub, həyat yoldaşı və uşaqları isə nəzarətə alınıb.

Şahidlərdən və təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail xüsusi təyinatlıları Xan Yunus şəhərinin Əl-Ketibe bölgəsinə sızaraq, birbaşa fələstinli Əhməd Serhanı hədəf alaraq şəhid edib.

Sionist İsrail qüvvələri daha sonra Serhanın həyat yoldaşı və uşaqlarını, o cümlədən 10 yaşlı uşağı da saxlayıb və ərazini tərk ediblər.

Digər tərəfdən HƏMAS-a bağlı Əl-Əqsa Radiosu İsrail qüvvələrinin Əl-Kətibə və 5-ci prospekt bölgələrində dəqiq hücumlar təşkil etdiyini və bir fələstinlinin edam edildiyini açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, İsrail basqından əvvəl bölgəyə intensiv hava hücumları təşkil edib və hər hansı hərəkət edən hədəfə təsadüfi atəş açıb.

Sionist İsrail ordusundan bu günə qədər hücumla bağlı heç bir açıqlama verilməyib.

Sözügedən basqın, İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana Qəzza zolağına genişmiqyaslı hücumları zamanı xüsusi birliklər tərəfindən həyata keçirilən ilk əməliyyat deyil. Ən diqqətçəkən nümunələrdən biri 8 iyunda Nusayrat Qaçqınlar Düşərgəsinə edilən və 4 israilli məhbusun xilas edildiyi, lakin 274 fələstinlinin şəhid olduğu basqın oldu.

Maraqlıdır ki, son reyd qatil İsrail ordusunun Qəzza zolağına qarşı quru hücumunu genişləndirdiyini elan etdikdən dərhal sonra baş verib.

İsrailin son quru hücumunun “Qəzzanın şimal və cənub bölgələrində qırğınları gücləndirmək” məqsədi daşıdığı bildirilir.

İsrail dövlət televiziyası KAN, hücumların aylarla davam edə biləcəyini və "münaqişə bölgələrindəki bütün mülki şəxslərin təxliyəsini" əhatə etdiyini bildirib.

Digər tərəfdən qatil İsrail ordusu Qəzza şəhərinin şimal-qərbində yerləşən Hamed Reabilitasiya və Protez Xəstəxanasına artilleriya hücumu təşkil edib.

Sionist İsrailin hücumları səbəbindən aylarla xidmətdən çıxan və bir neçə gün əvvəl fəaliyyətini bərpa edən xəstəxana növbəti dəfə İsrail ordusunun hədəfində olub.

Soyqırım törədən İsrail ordusunun artilleriya atəşi ilə hədəfə aldığı xəstəxana ikinci dəfədir ki, yararsız vəziyyətə düşüb.

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Qətər işğalçı İsrail dövləti tərəfindən Qəzza zolağında yerləşən Hamed Reabilitasiya və Protez Xəstəxanasının bombalanmasını şiddətlə qınayır" dedi.

Bəyanatda soyqırımçı İsrailin Qəzza zolağında xəstəxana və qaçqın mərkəzlərini hədəfə alaraq Fələstin xalqına qarşı soyqırım törətdiyinə diqqət çəkilərək, beynəlxalq ictimaiyyəti öz humanitar və mənəvi məsuliyyətini üzərinə götürməyə və bu vəhşi müharibəni dayandırmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR