Qatil İsrail Ordusu mülki əhalinin evlərini bombalamağa davam edir

Qatil İsrail Ordusu mülki əhalinin evlərini bombalamağa davam edir

Soyqırım törədən İsrail ordusunun Qəzza zolağında bir evə təşkil etdiyi hücumda aralarında qadın və uşaqların da olduğu 11 nəfər şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, İsrail ordusu Qəzzanın şimalında Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində Tel əz-Zatər bölgəsində “Nasyu” ailəsinə məxsus bir evə hava hücumu həyata keçirib.

İlkin məlumata görə, hücumda aralarında qadın və uşaqların da olduğu 11 nəfər şəhid olub, yaralananlar var.

Hadisə yerində hələ də itkilər olsa da, mülki müdafiə, səhiyyə və təcili yardım qruplarının axtarış-xilasetmə işləri davam edir.

Sionist İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 51 min 65 nəfərə, yaralıların sayı isə 116 min 505 nəfərə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR