Soyqırım törədən İsrail ordusunun Qəzza zolağının müxtəlif şəhərlərinə gecə saatlarında həyata keçirdiyi hücumlarda ən azı 14 nəfər şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, gecə saatlarında sionist İsrailin döyüş təyyarələri Qəzza zolağının cənubunda Xan Yunis, şimalda Qəzza və mərkəzi hissədə Deyr əl-Bələh şəhərlərini hədəfə alıb.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Xan Yunisin mərkəzindəki Əs-Sikke bölgəsində bir evə təşkil edilən hücumda 2-si uşaq olmaqla 9 nəfər şəhid olub, 13 nəfər yaralanıb.
Xan Yunisin Əl-Kətibə məhəlləsinə artilleriya hücumu nəticəsində yaralananlar olub.
Şimaldakı Qəzza şəhərləri və Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərlərini hədəf alan hücumlarda biri həkim də daxil olmaqla azı 5 nəfər həlak olub.