Qatil İsrail ordusu daha bir qaçqın düşərgəsindən geri çəkilib

Qatil İsrail ordusu daha bir qaçqın düşərgəsindən geri çəkilib

Sionist İsrail ordusu çərşənbə axşamı, sentyabrın 10-dan bəri işğal altındakı İordan çayının qərb sahilindəki Tulkerim Qaçqınlar Düşərgəsindən geri çəkilib.

Az.rasthaber.com xəbər verir ki, 48 saatlıq reydlərdən sonra qatil İsrail ordusu Tulkerim Qaçqınlar Düşərgəsindən geri çəkilib.

Sionist İsrail qüvvələrinin geri çəkilməsindən sonra Tülkərim Bələdiyyəsi və tibb qrupları Tülkərim Qaçqınlar Düşərgəsinə daxil ola bilib.

Qaçqın düşərgəsinin yerləşdiyi Tulkərim şəhərinin küçələrinə yerləşdirilən qatil İsrail qüvvələri tikinti texnikasının müşayiəti ilə basqınlarını davam etdirir.

Sentyabrın 10-dan etibarən sionist İsrail ordusunun Tulkərim şəhəri və Tülkərim Qaçqınlar Düşərgəsində həyata keçirdiyi basqınlarda 8 fələstinli şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR