Qatil İsrail ordusu 54 mindən çox fələstinlini öldürüb

Qatil İsrail ordusu 54 mindən çox fələstinlini öldürüb

İsrailin Qəzza sektorunda törətdiyi kütləvi qırğınlar və soyqırımı davam edir.

Az.rasthaber.com xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi mülki əhali arasındakı itkilər barəd yenilənmiş məlumatları dərc edib.

Qeyd edilib ki, təkcə son sutka ərzində İsrail 79 nəfər dinc qəzzalını qətlə yetirib, daha 163 nəfəri isə yaralayıb.

2023-ci 7 oktyabrdan bəri İsrailin öldürdüyü günahsız Qəzza sakinlərinin sayı 54 056 nəfər, yaralıların sayı isə 123 129 nəfərə çatıb.

İsrail 2024-cü il 19 yanvardan qüvvəyə minmiş atəşkəsə 18 martda pozduqdan sonrakı dövrdə isə 3 901 fələstinli qətlə yetirilib, 11 088 nəfər isə xəsarət alıb.

Həmçinin təxminən 10 min fələstinli isə itkin düşüb.

Bundan başqa, İsrailin qətlə yetirdiyi və yaraladığı dinc fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR