Qəzza hökuməti oktyabrın 6-dan etibarən sionist İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlarda 2 min fələstinlinin şəhid olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin direktoru İsmayıl es-Sevabite Qəzza zolağının şimalındakı son vəziyyət haqqında məlumat verib.
Sionist İsrail ordusunun 38 gündür Qəzza zolağının şimalında “etnik təmizləmə” apardığını və ən azı 2000 fələstinlini şəhid etdiyini bildirən Sevabite, beynəlxalq ictimaiyyətə qarşı “soyqırım müharibəsini dayandırmaq üçün təcili müdaxilə” çağırışını təkrarlayıb.
Sevabite ABŞ, İngiltərə və bəzi Avropa ölkələrini Qəzzada “aclıq və soyqırım siyasətinə şərik olmaqda” ittiham edib.
Sevabite deyib:
"İsrail fələstinlilər üçün təhlükəsiz elan etdiyi humanitar zonaların genişləndirilməsini göstərən saxta xəritələrlə dünyanı və beynəlxalq ictimaiyyəti çaşdırır. İsrail ordusu yardım göstərmək, səhra xəstəxanaları yaratmaq və humanitar zonaları genişləndirmək iddiası ilə yalan məlumatlar yayır."