Qasırğa Qərbi Avropada 10 nəfərin ölümünə səbəb oldu

Qasırğa Qərbi Avropada 10 nəfərin ölümünə səbəb oldu

Avropanın qərbində tüğyan etmiş "Yunis" (Eunice) qasırğası nəticəsində 10 nəfər həlak olub.

Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, azı dörd nəfər Niderlandda həyatını itirib. Haaqa şəhərində dağılma təhlükəsi ilə əlaqədar bir neçə yaşayış evindən sakinlər təxliyə olunub.

Bundan başqa, qasırğa üç nəfərin ölümünə səbəb olub.

Eyni zamanda, İrlandiya, Almaniya və Belçikada ümumilikdə 3 nəfər qasırğanın qurbanı olub.

Xəbəri paylaş

VİDEOLAR