Qaribaşvili: Azərbaycan vətəndaşları 1 martdan Gürcüstana PSR testilə gələ bilərlər

Qaribaşvili: Azərbaycan vətəndaşları 1 martdan Gürcüstana PSR testilə gələ bilərlər

Azərbaycan 1 martdan vətəndaşları PSR-testlə Gürcüstana daxil ola biləcək ölkələr siyahısına əlavə edildi

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan Rusiya, Azərbaycan, Belarus, Ermənistan və Ukrayna vətəndaşları üçün ölkəyə daxil olmaq şərtlərini sadələşdirir.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Daha öncə həmin ölkələrin vətəndaşları yalnız tam vaksinasiya edildiklərinə dair sənədi təqdim etməklə Gürcüstana daxil ola bilərdilər.

“Azərabaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarus 1 martdan vətəndaşları PSR-testlə Gürcüstana daxil ola biləcək ölkələr siyahısına əlavə edildi”, – deyə Qaribaşvili qeyd edib.

Onun sözlərinə görə, ölkənin quru sərhədlərində əvvəlki rejim hələ də qüvvədədir.

Xəbəri paylaş

VİDEOLAR