Qardabanidə Ərbəinə həsr edilmiş panel keçirilib

Qardabanidə Ərbəinə həsr edilmiş panel keçirilib

Həzrət İmamı Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Kərbəla həqiqətləri” adlı sual-cavap paneli şəkilində tədbir keçirilib.

Rasthaber xəbər verir ki, Gürcüstanda Qardabaninin Ağtəhlə kəndində yerləşən məsciddə Həzrət İmamı Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Kərbəla həqiqətləri” adlı sual-cavap paneli şəkilində tədbir keçirilib.
Qurani-Kərimin tilavətindən sonra tədbirin aparıcısı Hacı Kamran Məmmədov tədbirin məqsədini və formatını açıqlayıb. Öncə İştirakçılara xoşgəldin demək və ürək sözlərini çatdırmaq üçün məscidin axundu Kərbəlayi Fəyaz Şahverdiyevə söz verib.
Sonra tədbir sual-cavab paneli şəkilində davam edib. Tədbirə onlayn şəkildə Azərbaycandan, Türkiyə və İrandan qoşulan dəyərli din alimləri (Hacı Hasan Karabulut, Hacı Təbriz Qasımov və Hacı Məhəmməd Baqir Saivər ağa) bir neçə önəmli sualları cavablandırıb. Kərbəla hadisəsi ümumbəşəri hadisə olub, olmaması?, Hadisənin yaşadılmasında əsas məqsəd və qayənin nə olduğunu? Bu hərəkatın məqsədi və dinimizin diri saxlamasındakı rolu və s. kimi suallara aydınlıq gətirilib. Tədbirin moderatoru Kamran Məmmədov isə ara-sıra öz fikir və əlavələrini bildirərək, cavabların qısa özətini təqdim edibdir.
Daha sonar kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Ərbəin münasibəti ilə təsliyət deyib, eləcə də Azərbaycanın doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olanlara rəhmət diləyib, başsağlığını çatdırıb, əsgərlərin sağ salamat ailələrinə qayıtması üçün də dualar edib. O şıxışı zamanı İmam Hüeynin (ə) Kərbəla qiyamının mahiyyət və fəlsəfəsinin elmi şəkildə çatdırılmasının da önəm və faydalarını qeyd edib. Həmçinin “Hər gün Aşura və hər yer Kərbəla” şüarının bu gün də Azərbaycan və dünyanın bir çox ölkələrinin simasında yaşandığını qeyd edib.
Sonda tədbir və Ərbəin haqda dəyərli din alimi Hacı Davud ağa fikirlərini bildirib.
Tədbir birgə dua oxumaqla sona çatıb. Sonra iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.

Xəbəri paylaş

VİDEOLAR