Qarabağda daha səkkiz erməni hərbçinin cəsədi tapılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumatda qeyd olunur ki, 8 erməni hərbçisinin cəsədi Cəbrayıl tərəfdə tapılıb. Onların şəxsiyyəti tibbi-məhkəmə ekspertizası ilə müəyyənləşəcək.
Həmçinin qeyd olunur ki, bu gün axtarış işləri Ağdərə, Hadrut və Cəbrayıl istiqamətində aparılacaq.
Qeyd edək ki, yanvarın 28-nə olan məlumata görə, Ermənistan tərəfi 1329 hərbçinin cəsədini və ya cəsəd qalıqlarını tapıb.
Ümumilikdə isə Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfinin 3330 nəfər itki verdiyini açıqlayıb.