Qarabağ qazisi Səbuhi Səlimov vəfat etdi

Qarabağ qazisi Səbuhi Səlimov vəfat etdi

Azərbaycan İslam Partiyasının üzvü, Qarabağ qazisi Səbuhi Səlimov martın 2-də məhkəmə zalında vəfat edib

Az.rasthaber.com xəbər verir ki, ailə üzvlərinin Meydan TV-yə verdiyi məlumata görə, bu gün onun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib və prosesin gedişində o əsəbiləşib:

“Məhkəmədə möhkəm əsəbiləşmişdi. Atılan böhtanlara dözə bilmirdi. Cinayət işində həddindən artıq yalanlar vardı. Aclığı da buna görə başlamışdı və uzun müddət (50 gün) davam etdirmişdi. Amma bir müddət əvvəl dayandırmışdı. Bu qədər yalanlara, böhtanlara baxmayaraq, bu gün (2 mart) həmin hökmü apelyasiya məhkəməsi də qüvvədə saxladı. Bu da onu çox əsəbləşdirdi. Əlbəttə ki, uzunmüddətli aclıq səhhətində kəskin problemlər yaratmışdı, sağalmaz izlər buraxmışdı. Bir tərəfdən də əsəb…”.

Kərbəlayi Səbuhinin vəfatının məhkəmə zalında ölməsilə yanaşı, həbsxanada həyatını itirməsilə bağlı mediada iki fərqli xəbər var.

Səbuhi Səlimov İslam Partiyasının üzvü olmaqla yanaşı, həm də uzun müddət partiya sədri Elçin Manafovun sürücüsü işləyib.

O, 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib. Lakin Səbuhi Səlimov bu ittihamları qəbul etməyib.

Allah Rəhmət etsin!

Xəbəri paylaş

VİDEOLAR