Qarabağ qazisi Səbuhi Səlimov dəfn edildi

Qarabağ qazisi Səbuhi Səlimov dəfn edildi

Qarabağ qazisi martın 2-də məhkəmədə vəfat edən Səbuhi Səlimov dəfn edilib

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan İslam Partiyasının üzvü, Qarabağ qazisi martın 2-də məhkəmədə vəfat edən Səbuhi Səlimov dəfn edilib.

Qeyd edək ki, 2 mart tarixində vəfat edən Səbuhi Səlimov İslam Partiyasının üzvü olmaqla yanaşı, həm də uzun müddət partiya sədri Elçin Manafovun sürücüsü işləyib.

O, 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib. Lakin Səbuhi Səlimov bu ittihamları qəbul etməyib.

Xəbəri paylaş

VİDEOLAR