"Qarabağ erməniləri regionu könüllü tərk ediblər".
Az.rasthaber.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, Qarabağ ermənilərinin regionu könüllü tərk etdikləri açıqlanıb.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub” – nazir müavini bildirib.
Qaluzin əlavə edib ki, Qarabağda vəziyyət köklü şəkildə dəyişdiyindən, Rusiya sülhməramlılarının orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur:
“Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz bütün məsələləri tərəflərin məqbul saydığı şəkildə həll edirik”.