Qar uçqunu Gürcüstandan Rusiyaya gedən yolu bağladı

Qar uçqunu Gürcüstandan Rusiyaya gedən yolu bağladı

Yolun digər hissələrində isə hərəkət sərbəstdir.

Rsthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan-Rusiya sərhədi istiqamətindəki yol yüksək qaç uçqunu təhlükəsi səbəbi ilə bütün növ nəqliyyat vasitələri üçün qapadılıb.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat verib.

Qeyd edilir ki, hərəkət qadağası Mtsxeta-Stepantsminda-Lars yolunun eyni anda 2 sahəsində qüvvədədir. Xüsusilə də, Mleta-Qudauri və Qudauri (Posta) – Kobi kəsiyində.

Yolun digər hissələrində isə hərəkət sərbəstdir.

Hərbi Gürcüstan Yolu kimi tanınan Mtsxeta-Stepantsminda-Lars yolu isə hazırda Gürcüstanı Rusiya ilə birləşdirən yeganə yoldur.

“Kazbegi” – “Yuxarı Lars” isə Gürcüstan və Rusiya sərhədində hazırda fəaliyyətdə olan yeganə gömrük buraxılış məntəqəsidir.

Xəbəri paylaş

VİDEOLAR