Qaniçən İsrail rejimi son 24 saatda Qəzzada daha 3 qətliam törədib

Qaniçən İsrail rejimi son 24 saatda Qəzzada  daha 3 qətliam törədib

İşğal altındakı Qəzzada son 24 saatda 3 qırğında daha 27 fələstinlinin şəhid olmasının ardından İsrailin öldürdüyü fələstinlilərin sayı 45 min 541-ə yüksəldi.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 27 fələstinlinin ölməsi nəticəsində ümumi can itkisi 45 min 541-ə yüksəlib.

Soyqırımçı İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar 451 gündür ki, davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 3 hücumda 27 fələstinlinin şəhid olduğu, 149 fələstinlinin isə yaralandığı bildirilib.

7 oktyabr 2023-cü ildə Qəzza zolağında başlayan hücumlarda şəhidlərin ümumi sayının 45 min 541-ə, yaralıların sayının isə 108 min 338-ə yüksəldiyi bildirilib.

Qəzza zolağında çadırlarda məskunlaşan köçkün fələstinlilər soyuq hava şəraiti səbəbindən həyatını itirir. Qəzza Hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, soyuqdan şəhid olan fələstinlilərin sayı 7-yə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR