Qana doymayan İsrail Qəzzada körpələri öldürməyə davam edir

Qana doymayan İsrail Qəzzada körpələri öldürməyə davam edir

İşğalçı İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağına təşkil etdiyi hücumlarda aralarında uşaqlar və məcburi köçkünlərin də olduğu 37 fələstinli şəhid olub, çoxlu sayda insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, xəstəxana mənbələrindən alınan məlumata görə, sionist İsrail əsgərləri Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirirlər.

Qəzza zolağının şimalında Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsinə qatil İsrail ordusunun həyata keçirdiyi bombalı hücumda 5 fələstinli həyatını itirib. Hücum zamanı yaralananlar Əhli Baptist Xəstəxanasına aparılıb.

Qəzza şəhərinin mərkəzi hissəsindəki Zaviyə bazarı da İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb. Hücumda 1 fələstinli şəhid olub, 15 nəfər yaralanıb.

Qatil İsrail ordusu Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsindəki bir evi də vurub. Hücumda biri 2 digəri 3 yaşlı 2 uşaq şəhid olub, çoxlu sayda insan yaralanıb.

Qəzza şəhərinin mərkəzində Samir kəsişməsi yaxınlığında məcburi köçkün olan fələstinlilərin qaldığı çadır İsrailə məxsus pilotsuz uçan aparat tərəfindən vurulub və nəticədə çoxlu fələstinli yaralanıb.

Sionist İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis Məvasi bölgəsində məcburi köçkün olan fələstinlilərin çadırlarını bombalayıb. Hücumda ikisi uşaq olmaqla 5 fələstinli şəhid olub. Eyni bölgədə daha bir hücumda 6 nəfər şəhid olub, 20 nəfər yaralanıb.

Şahidlərdən alınan məlumata görə, qatil İsrail ordusunun bəzi binaları partlatdığı və artilleriya atəşinə tutduğu Cibəliyyə qəsəbəsi və ətrafı və Qəzzanın şərqindəki Tuffah məhəlləsi şiddətli gecənin şahidi olub.

Qəzzanın cənubundakı Sabra məhəlləsində Əl-Aşşi ailəsinin evinə edilən hücumda 4 fələstinli şəhid olub. Dağıntılar altında hələ də yaralıların olduğu bildirilib.

Şucaiyyə məhəlləsinin Əl-Arayis bölgəsində pilotsuz uçuş aparatının (PUA) təşkil etdiyi hücumda bir fələstinli şəhid olub.

Qəzza vadisi yaxınlığında humanitar yardım gözləyən fələstinlilərə qarşı təşkil edilən hücumda 8, Rəfahın şimal-qərbindəki Əş-Şakuş bölgəsində isə oxşar hücumda 5 nəfər şəhid olub, 25 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR