Qana doymayan İsrail Qəzza xalqını diri-diri yandırdı

Qana doymayan İsrail Qəzza xalqını diri-diri yandırdı

Sionist İsrailin soyqırım törətdiyi Qəzza zolağının mərkəzinə edilən hücumda 6-sı uşaq və 5-i qadın olmaqla azı 20 fələstinlinin şəhid olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsində "en-Nadi" ailəsinə məxsus evi bombalayıb.

Hücum zamanı 6-sı uşaq, 5-i qadın olmaqla ən azı 20 fələstinli şəhid olub. Hədəf edilən ev və ətrafda olan 46 nəfər yaralanıb.

Şahidlər həmçinin İsrail ordusunun döyüş təyyarələri ilə bombaladığı evin dağıdıldığını, yaxınlıqdakı evlərin də zərər gördüyünü bildirib.

Qəzza Mülki Müdafiə qrupları hücumun baş verdiyi ərazidə itkin düşənləri axtardıqlarını açıqlayıb.

Digər tərəfdən sosial mediada əks olunan son görüntülər isə dəhşətə gətirib.

İlk görüntülərdə bombalanan fələstinliləri xilas etməyə çalışan mülki şəxslər də bombalanıb. Şəhidlərin dəfn mərasimi, səmaya qalxan çığırtılar, diri-diri yanan insanların mənzərəsi insanı ürpədirdi.

Başqa bir paylaşılan görüntü isə hücumların miqyasını ortaya qoyub. İnsanlar güllə yağışı altında qaçarkən, izdihamın ortasında atasını axtaran qızın göz yaşlarına qarışmış fəryadları ürək ağrıdırdı.

Oktyabrın 7-dən bu yana soyqırım törədən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 44 min 612 fələstinli ölüb, 105 min 834 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR