Qana doymayan İsrail ordusu Livanda daha bir qətliam həyata keçirdi

Qana doymayan İsrail ordusu Livanda daha bir qətliam həyata keçirdi

Media mənbələri sionist rejim ordusunun Livanın şimalında bir binaya hücumunun 30-dan çox insanın şəhid olması ilə nəticələndiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, media mənbələri sionist İsrail rejimi ordusunun Livanın şimalındakı Akkar bölgəsindəki “Ain Yakub” qəsəbəsində qaçqınların məskunlaşdığı binaya hücumu nəticəsində 30-dan çox insanın şəhid olduğunu bildirib.

Bundan əlavə, Əl-Nəşrə müxbiri sionist rejim ordusuna məxsus döyüş təyyarələrinin Livanın Qərbi Bekaa bölgəsinin “Meydun” bölgəsində bir evi hədəfə aldığını və 3 nəfərin şəhid olduğunu bildirib.

Livan Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Mərkəzi də açıqlama verərək İsrail rejimi ordusunun Sidon vilayətinin "Sekskiye" bölgəsinə hücumu nəticəsində 7 nəfərin şəhid olduğunu, 7 nəfərin yaralandığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR